Ağsuda POLİS REYDİ – 60 avtomobil SAXLANILDI – FOTO  

Ağsuda POLİS REYDİ – 60 avtomobil SAXLANILDI – FOTO  

Hazırda oxunan: Ağsuda POLİS REYDİ – 60 avtomobil SAXLANILDI – FOTO  

154673

Ağsuda qaydaları kobud şəkildə pozan avtonəqliyyat vasitələrinə qarşı tədbir keçrilib. Keçrilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 30-yaxın sürücü barəsində inzibati cərimələr tətbiq olunub.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsuda rayon polis şöbəsinin DYPB-nin əməkdaşları avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirib. 

Tədbirlərin keçirməkdə əsas məqsəd baş verə biləcək avtonəqliyyat hadisələrin qarşısının alınması, sürücülərlə marifləndirici söhbətlərin aparılması, eləcədə onlara yol hərəkəti qaydalarının izah olunması, avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı nəzarətin gücləndirilməsindən ibarət olub.  

Bundan başqa keçrilən tədbirlər zamanı avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və avtomobilə əlavə konstruksiya edən avtomobilin nömrə nişanının yarasız vəziyyətdə idarə edən, polisin “dur” əmrinə tabe olmayan, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, yük daşıma qaydasını pozan sürücülərdə DYPB-nin əməkdaşları tərəfindən aşkar olunub.  

Yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ümumilikdə 60-a yaxın avtonəqliyat vasitəsi saxlanılıb və onlardan 30-a yaxın avtonəqliyyat vasitəsinin sürücüsünə inzibati xətalar məcəlləsinə müvafiq maddəsinə uyğun olaraq protokollar tətbiq olunub.  
Qeyd edək ki, bu kimi tədbirlərin Ağsu RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur. 


Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO