Xaçmazda işıq problemi hələ də aradan QALDIRILMAYIB 

Xaçmazda işıq problemi hələ də aradan QALDIRILMAYIB 

Hazırda oxunan: Xaçmazda işıq problemi hələ də aradan QALDIRILMAYIB 

154599

Xaçmaz rayonunda 3 gündür davam edən işıq problemi hələ də aradan qaldırılmayıb. 

Bizim.Media xəbər verir ki, güclü yağış və küləkdən sonra bəzi ərazilərə işıq verilsə də, əksər kəndlər gecə saat 2-dən qaranlığa qərq olunub. 

Xudat elektrik şəbəkəsinin əhatə etdiyi N.Nərimanov xəttindən 20-yə yaxın kənd qidalanır. Gecə saat 2-də sönən işıqlar hələ də bərpa olunmayıb.
Xaçmaz elektrik şəbəkəsində yaranan problem güclü külək və yağışın fəsadları ilə əlaqələndirilir. Hazırda şəbəkənin qəza briqadaları işıq xətlərinin bərpası işlərini davam etdirir. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO