Quba qəzasında ölənlərin adları açıqlandı: 3 yaralı var - ÖZƏL

Quba qəzasında ölənlərin adları açıqlandı: 3 yaralı var - ÖZƏL

Hazırda oxunan: Quba qəzasında ölənlərin adları açıqlandı: 3 yaralı var - ÖZƏL

154549

Qubada baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti dəqiqləşib.

Bizim.Media xəbər verir ki, bu, Quba şəhər sakini, “VAZ-2107” markalı avtomaşının sürücüsü Turan İlqar oğlu Məlikov və "Mercedes" markalı avtomaşının sərnişini, 20 yaşlı, Xaçmazın Nərəcan kənd sakini Sərhəd Yəhya oğlu Məmmədovdur.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada ağır qəza: 2 ölü var - ÖZƏL/FOTO/VİDEO


Hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlar Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Yaralılardan biri "Mercedes"in sürücüsü, 29 yaşlı Bakı sakini Zamik Namiq oğlu İsmayılovdur.

Digər 2 yaralı da “Mercedes”in sərnişinləridir.

Xatırladaq ki, Quba-Xaçmaz yolunun Qubanın Alekseyevka kəndindən keçən hissəsində “VAZ-2107”, NİVA və “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə “VAZ-2107” avtomobili yanıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO