Eskişəhərdə keçirilən Türkiyə - Ermənistan oyunundan əvvəl türk polisi Azərbaycan bayrağını təhvil aldıqdan sonra öpüb.
Bizim.Media xəbər verir ki, stadiona daxil olan azarkeşlər polislər tərəfindən yoxlanılarkən, onlardan birinin üzərində Azərbaycan bayrağı aşkarlanıb.
Polis bayrağı qatladlqdan sonra öpüb və digər xanım məsləkdaşına verib. Xanım polis məmuru da bayrağımızı öpərək təhvil alıb. Onların bu hərəkəti ətrafdakıların alqışına səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media