Balakəndə güclü külək və dolunun yaratdığı FƏSADLAR – FOTO  

Balakəndə güclü külək və dolunun yaratdığı FƏSADLAR – FOTO  

Hazırda oxunan: Balakəndə güclü külək və dolunun yaratdığı FƏSADLAR – FOTO  

154180

Balakən rayonunun Katex kənd inzibati ərazisinin Kombinat yaşayış massivi ərazisinə yağan güclü dolu və güclü külək səbəbindən bir-çox fərdi yaşayış evlərinin dam örtüyü yarasız hala düşüb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sakinlərin həyətyanı sahəsindəki meyvə ağaclarına, bostan-tərəvəzinə ciddi ziyan dəyib.  

Güclü külək səbəbindən Balakən şəhəri H. Əliyev prospektində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini dağılıb. Şəhər ərazisində iki yerdə irigövdəli ağac yıxılıb. Rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb. 

Rayon fövqəladə hallar komissiyasının sədri Turan Dibirovun sözlərinə görə, komissiya tərəfindən yerlərə baxış keçirilib.  

Hazırda rayon mərkəzinə və kəndlərə, eləcə də ayrı-ayrı təsərrüfatlara dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədilə iş aparılır.  
Beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün təmir-bərpası işləri həyata keçirilir. Eyni zamanda, Katex kəndində evləri zərər görmüş vətəndaşlara ilkin olaraq 1000-dən çox şifer paylanılıb.  














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO