Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı

Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı

Hazırda oxunan: Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı

15414

Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər.

Namizədlər, eyni zamanda, “Test tapşırıqlarına bax” xanasına daxil olub “İmtahanlar” bölməsindən “Köhnə imtahanlar” xanasını, daha sonra “Təfsilata bax” butonunu klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Müsahibə mərhələsi üçün keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək, şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO