MİQ-in apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI 

MİQ-in apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI 

Hazırda oxunan: MİQ-in apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI 

154136

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Təhsil İnstitutundan Bizim.Media-ya verilən xəbərə görə, apellyasiya müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunub. 

Namizədlər 12 sentyabr saat 18:00-da zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO