Ötən gecədən başlayaraq şimal bölgəsində də leysan yağışlar müşahidə olunub. Quba və Qusar rayonlarından keçən çaylarda sululuq artıb. Babaçaya isə sel gəlib. Sel ənənəvi olaraq QubanınYerfi-Dərk yolunun çaydan keçən hissəsini yuyub.
Qubadakı 11 saylı Yol-İstismar İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, hazırda yağış davam edir:
“Yağıntı dayanan kimi çayın içərisindən keçən yolun sel yumuş hissəsi bərpa ediləcək.
Babaçaya sel gələn kimi Yerfi-Dərk kənd yolunun bu hissəsini sel suları yuyur”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu