Bakıda külək darvazanı aşırıb, uşaq altında qalaraq ölüb - FOTO

Bakıda külək darvazanı aşırıb, uşaq altında qalaraq ölüb - FOTO

Hazırda oxunan: Bakıda külək darvazanı aşırıb, uşaq altında qalaraq ölüb - FOTO

154011

Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. 

Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb. 

Uşaq ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Fakt üzrə araşdırma aparılır. 

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO