Emin Əmrullayev: “Təhsildə güzəşt eləmək vətənə xəyanət kimi bir şeydir”

Emin Əmrullayev: “Təhsildə güzəşt eləmək vətənə xəyanət kimi bir şeydir”

Hazırda oxunan: Emin Əmrullayev: “Təhsildə güzəşt eləmək vətənə xəyanət kimi bir şeydir”

153958

“Təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir”. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev 


O bildirib ki, təhsildə güzəşt elə də yaxşı söz deyil: 

"Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil. Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq". 

Nazir sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib: 

"Bu gün ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək bizim üçün də ağırdır. Amma başqa yol yoxdur". 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO