Əsasən Abşeron yarımadasında və Bakı ətrafı kəndlərdə yetişən badamın əkininə şimal bölgəsində də start verilib. Xüsusən Şabran və Siyəzən rayonlarında intensiv şəkildə badam bağı salınır. Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Arif Əlməmmədovun
Bizim.Media-ya verdiyi məlumata görə, rayonda 148,1 hektar badam bağı var ki, onlardan 28,6 hektarı yeni salınan intensiv bağlardır.
Hazırda badamın yığımına başlanılıb və Şabranda indiyədək 37 tona yaxın badam yığılıb.Siyəzən rayonunda isə 205 hektar badam bağı mövcuddur. Sentyabr ayının 1-ə olan məlumata görə rayonda 43 ton badam yığılıb.
Məhsuldarlıqla bağlı tam rəqəm yığımın sonunda açıqlanacaq. Maraqlıdır, quru, qiymətli, subtropik və qərzəkli meyvə olan badam ağacı şimal bölgəsinin bu iki rayonunda nə vaxtdan əkilir?
Araşdırmamız nəticəsində öyrəndik ki, badam bu rayonlarda hələ sovet dövründən insanlar tərəfindən az sayda əkilib.Regionda bu bitkinin becərilməsi məşhur akademik, müasir ekologiya elminin və torpaqşünaslığın banisi olmuş, mərhum Həsən Əliyevin adı ilə bağlıdır.
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Əlməmmədov deyir ki, akademik Həsən Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq Şabran rayonu ərazisində Camal dağı adlanan dağətəyi massivdə Eldar şamı ilə yanaşı badam ağacı da əkilib.
Siyəzən rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Eldar Muradov danışır ki, keçən əsrin 70-ci illərindən akademik Həsən Əliyevin təşəbbüsü ilə Şabran şəhərindən üzü Siyəzənə doğru dağətəyi boyu badam ağacının əkilməsinə start verilib.
Onun sözlərinə görə, həmin dövrdə Böyük Qafqaz dağlarının ətəklərində Bakı-Quba yolu boyunca badamlıqlar salınıb. Əsasən dağ sürüşməsinin qarşısını alan bu əkin prosesi təbiətin bu massivdə qorunmasına çox mühüm təsir edib.
Yerli əhalidə də həmin vaxtdan badam meyvəsinə maraq artıb və meyvənin intensiv şəkildə becərilməsinə start verilib. İcra Hakimiyyətinin rəsmisi deyir ki, əhalinin bu meyvəyə marağının olması meyvənin istiyə və şaxtaya davamlı, üstəlik də gəlirli olmasıdır.
Badam ağacı əkən sahibkar satış problemi yaşamır.Qərzəkli halda kiloqramı 7, quru ləpəsi isə 20 manata satılan badamı alıcı elə yerindəcə kəndlidən alır.
Onun sözlərinə görə, Siyəzənin Tuğay kəndində fermer Qafar Bağırov 10 hektar sahədə badam bağı salıb. İndiyədək 6 ton məhsul yığan fermer, ümumilikdə, 12 ton badam yığacağını düşünür.
Məhsul boldur, yığım davam edir, satışına gəlincə isə daxili bazarda alıcısı var. Meyvənin davamlı, həm də perspektivli olması sayəsində yeni salınan badam bağlarının artacağı istisna edilmir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:34 / 06.09.2023
Şimal bölgəsində badam əkininə BAŞLANILDI – Məhsuldarlıq NECƏDİR? – FOTO
Hazırda oxunan: Şimal bölgəsində badam əkininə BAŞLANILDI – Məhsuldarlıq NECƏDİR? – FOTO
Hazırda oxunan: Şimal bölgəsində badam əkininə BAŞLANILDI – Məhsuldarlıq NECƏDİR? – FOTO
153939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.