Keçmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığının müddəti uzadılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə sabiq partiya sədrinin ev dustaqlığının müddəti daha bir ay uzadılıb.
Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.
Xatırladaq ki, bir müddət əvvəl Anar Əsədli ev dustaqlığına buraxılıb, iş üzrə dəymiş zərər ödənilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 06.09.2023
Anar Əsədlinin ev dustaqlığının müddəti uzadıldı
Hazırda oxunan: Anar Əsədlinin ev dustaqlığının müddəti uzadıldı
Hazırda oxunan: Anar Əsədlinin ev dustaqlığının müddəti uzadıldı
153887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.