AzTV qazilərin arzusuna uyğun bayram konserti hazırlayıb

AzTV qazilərin arzusuna uyğun bayram konserti hazırlayıb

Hazırda oxunan: AzTV qazilərin arzusuna uyğun bayram konserti hazırlayıb

15385

Azərbaycan Televiziyasının əməkdaşları bayram münasibətilə qazilərin evlərinə gedib, onları və ailələrinin bayramını təbrik edib.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, lentə alınmış bu kadrlar Novruz bayramı ilə bağlı musiqili bayram proqramında nümayiş olunacaq.

Layihə “Odlar Yurdum” adlanır.

Proqramın aparıcısı “Eurovision 2011”in qalibi Eldar Qasımovdur. Bayram proqramının fərqli cəhəti odur ki, aparıcı 44 günlük Vətən müharibəsində sağlamlığını itirən qazilərin evlərinə gedir, onlarla və ailə üzvləri ilə söhbət edir, bayram təbriklərini çatdırır.

Layihənin daha bir fərqliliyi ondadır ki, təqdim olunan musiqi nömrələri məhz həmin qazilərin istəyi əsasında proqrama salınıb.

Konsert proqramında Mənsum İbrahimov, Nəzakət Teymurova, Ənvər Sadıqov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Aşıq Samirə, Eldar Qasımov, Murad Arif və Azad Şabanov kimi tanınınmış incəsənət adamları yer alıb.

Layihə rəhbəri Ranar Musayev, Ülviyyə Könül, quruluşçu rejissor Elur Qədirov, bədii rəhbər Rövnəq Həsənzadə, redaktoru isə Təxminə Yusifova olan bayram proqramının quruluşçu operatoru Elçin Əliyevdir.

“Odlar Yurdum” martın 20-si saat 22:00-da AzTV-də yayımlanacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO