Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ına dəyişiklikdə öz əksini tapıb.
Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin qüvvədə olduğu müddətə qeyd-şərtsiz olaraq uzadılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:51 / 05.09.2023
Şuşada tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib
Hazırda oxunan: Şuşada tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib
Hazırda oxunan: Şuşada tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib
153801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.