Baş Prokuror təbrik məktubu yazdı

Baş Prokuror təbrik məktubu yazdı

Hazırda oxunan: Baş Prokuror təbrik məktubu yazdı

15379

Baş prokuror Kamran Əliyevin Novruz bayramı münasibətilə xalqı təbrik edib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Təbrikdə deyilir:

"Ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə sürən 44 günlük Vətən müharibəsində şanlı ordumuzun əzəli və doğma Qarabağımızı işğaldan azad etməsi ilə ərazi bütövlüyü tam təmin edilən müstəqil Azərbaycanımızda xalqımız builki Novruz bayramını böyük sevinc hissi və daha yüksək əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşır.

Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə Baş Prokurorluğun kollektivi adından hər kəsi səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO