“Azərenerji” pik saatlarda yolu niyə BAĞLAYIR? – Sürücülərdən ŞİKAYƏT

“Azərenerji” pik saatlarda yolu niyə BAĞLAYIR? – Sürücülərdən ŞİKAYƏT

Hazırda oxunan: “Azərenerji” pik saatlarda yolu niyə BAĞLAYIR? – Sürücülərdən ŞİKAYƏT

153739

İki gündür Xətai rayonu Fəhlə prospektində təmirə görə tıxac yaşanır. “Azərenerji” tərəfindən aparılan təmir işləri ilə əlaqədar pik saatlarda sıxlıq müşahidə olunur.

Bizim.Media-ya bununla bağlı sürücülər şikayətləniblər. Dediklərinə görə səhər saatlarında işə tələsənlər üçün həmin yoldan istifadə müşkülə çevrilir. Sürücülər təmir işlərinin istirahət və ya gecə saatlarında aparılmasını daha məqsədəuyğun hesab edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəncirvari qəzalarla bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO


Məsələ ilə bağlı “Azərenerji” ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Teymur Abdullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, “AzərEnerji” 8 noyabr prospektində hava xətlərini yeraltı kabel xəttinə çevirir.

Bu səbəbdən “Ağşəhər”, “Həzi Aslanov” və “Əhmədli” yarımstansiyaları ilə “Bakı” İEM arasında enerji halqası yaradılır:

“Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərin, o cümlədən “Ağ Şəhər” kompleksinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, “Bakı” İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq “Əhmədli” və “8-ci kilometr” ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədi ilə “AzərEnerji” tərəfindən yeni layihənin icrası həyata keçirilir.

Hazırda 110 kV-luq “Həzi Aslanov” və “Ağ Şəhər” yarımstansiyaları arasında yeraltı ikidövrəli kabel xətlərinin “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdirilir.

Bu məqsədlə 8 noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır. Qeyd edək ki, 8 noyabr prospektində işlər yekunlaşmaqdadır.

Paralel olaraq “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 ədəd yuva quraşdırılır. Nəticədə, 110 kV-luq “Əhmədli”, “Həzi Aslanov”, “Ağşəhər” yarımstansiyaları ilə “Bakı” İstilik Elektik Mərkəzinin enerji halqası yaradılır.

Ən əsası isə 8 noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədi ilə “Bakı” İstilik Elektrik Mərkəzi ilə “Həzi Aslanov” yarımstansiyası arasında hazırda mövcud olan yüksək gərginlikli köhnə dayaqlardan ibarət ümumilikdə 1,4 km uzunluqda hava xətti sökülərək ləğv ediləcək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək”.
Qurumdan işlərin tam olaraq nə zaman yekunlaşacağı ilə bağlı isə məlumat verilməyib.




Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO