Polis Xaçmazda əməliyyat KEÇİRDİ: Tutulanlar var – FOTO  

Polis Xaçmazda əməliyyat KEÇİRDİ: Tutulanlar var – FOTO  

Hazırda oxunan: Polis Xaçmazda əməliyyat KEÇİRDİ: Tutulanlar var – FOTO  

153716

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur. 

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. 

Bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfərin barəsində həbs qətimkan tədbiri, digər üç nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO