Şirvanda tanışını öldürən 51 yaşlı kişi tutuldu

Şirvanda tanışını öldürən 51 yaşlı kişi tutuldu

Hazırda oxunan: Şirvanda tanışını öldürən 51 yaşlı kişi tutuldu

153696

Sentyabrın 04-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şirvan şəhər prokurorluğu yayıb.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO