Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı götürüldü - FOTO

Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı götürüldü - FOTO

Hazırda oxunan: Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı götürüldü - FOTO

153688

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb. Onun əlindəki çantaya keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 30 ədəd patron və 2 ədəd silindr formalı partlayıcı fişəng aşkar edilərək götürülüb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib. O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO