Növruz bayramı ilə əlaqədar paytaxt daxilində işləyən taksilər qiymətləri bahalaşdırıblar.
Bizim.Media-ya daxil olan sərnişin şikayətlərinə görə bu səhər saatlarından başlayaraq həm taksi şirkətləri, həm də fərdi taksilər qiymətləri 2-3 dəfə artırıblar.
Sərnişinlərin bildirdiyinə görə taksi sürücüləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gündən ictimai nəqliyyatın dayandırılması qərarından və bayram fürsətindən istifadə edərək bu addımı atıblar. Bundan isə sərnişinlər əziyyət çəkirlər.
Taksi sürücüləri əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildiriblər.
Bizim.Media məsələ ilə bağlı bir neçə taksi şirkətlərinə müraciət edib. Xanım operatorların müştəriyə söylədiyi qiymətə etiraz edəndə, onlar bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışdılar.
Şirkət rəsmiləri heç bir qiymət bahalaşmasının olmadığını iddia etdilər. Görünən isə odur ki, qiymət artıb.
Bundan əlavə şəhərlərarası işləyən taksilərin də qiymətləri qaldırdıqları bildirilir. Sosial şəbəkələrdə bununla bağlı narazılıqlar yer alıb. Paytaxtdan müxtəlif bölgələrə işləyən fərdi taksi sürücülərinin qiymətləri 50 faizədək qaldırdıqları qeyd olunub.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə Tarif Şurası tərəfindən nəzarət edilmir və müvafiq gediş haqqını dövlət müəyyənləşdirmir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən martın 29-dək Bakıda ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:58 / 20.03.2021
Taksilər qiymətləri 2-3 dəfə bahalaşdırdı
Hazırda oxunan: Taksilər qiymətləri 2-3 dəfə bahalaşdırdı
Hazırda oxunan: Taksilər qiymətləri 2-3 dəfə bahalaşdırdı
15367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.