Azərbaycanlı müəllimlər İstanbul Qalata Universitetində – FOTO 

Azərbaycanlı müəllimlər İstanbul Qalata Universitetində – FOTO 

Hazırda oxunan: Azərbaycanlı müəllimlər İstanbul Qalata Universitetində – FOTO 

153624

"Edu Time” Təhsil və İnkişaf Mərkəzi və "İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin Peşə – Təcrübə Proqramı baş tutub. 

22-27 avqust tarixlərində keçirilən proqramda azərbaycanlı müəllimlər Türkiyənin nüfuzlu univesitetlərindən olan İstanbul Qalata Universitetini ziyarət ediblər. 

İstanbul Qalata Universitetinin prorektoru Seda Bektaş Azərbaycandan gələn heyətə təhsil ocağındakı şərait və müasir texnologiyalar barədə ətraflı məlumat verib. 
Daha sonra azərbaycanlı müəllimlərə universitetin dosenti Ulaş Başar Gezgin tərəfindən "Təhsil psixologiyası" mövzusunda təlim keçirilib. Təlim iştirakçıları sertifikatla təltif edilib.  

Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat veriblər. 

Azərbaycandan gələn nümayəndə heyətdə universitetdə tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.  














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO