Bakının Qobu qəsəbəsində MÜƏMMA – Eyni məktəbin üç şagirdi niyə CANINA QIYIB? 

Bakının Qobu qəsəbəsində MÜƏMMA – Eyni məktəbin üç şagirdi niyə CANINA QIYIB? 

Hazırda oxunan: Bakının Qobu qəsəbəsində MÜƏMMA – Eyni məktəbin üç şagirdi niyə CANINA QIYIB? 

153622

Bu günlərdə yeniyetmənin çoxmərtəbəli binadan ataraq intihar etdiyini xəbər vermişdik. Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin şagirdi idi. Bu il 8-ci sinifdə oxumalı idi. 

Bizim.Media sözügedən hadisə ilə bağlı araşdırmasında maraqlı nüansı ortaya çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi DANIŞDI – ÖZƏL  


Məlum olub ki, Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin daha iki qız şagirdi 2021-ci ilin martında intihar ediblər.

Hadisə martın 9-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. İki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib. Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.

Hər üç hadisənin hansı səbəbdən baş verməsi müəmma olaraq qalır. Maraqlısı odur ki, özünə qəsd edən hər üç şagird eyni məktəbin şagirdi və eyni qəsəbənin (Qobu) sakinləri olub. 

Söyləntilərə görə ölüm hadisələrinin hər üçündə bağlılılıq və sirli səbəb var. Hətta Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin heyəti baş vermiş sonuncu intihar hadisəsindən sonra tədirgin olmağa başlayıb. 

Xatırladaq ki, son bir həftə ərzində 5 gənc qız çoxmərtəbəli binadan özünü ataraq intihar edib. 

Hadisələrin hər biri ilə bağlı araşdırma aparılır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO