Nuridə Allahyarova yeni vəzifəyə TƏYİN OLUNDU 

Nuridə Allahyarova yeni vəzifəyə TƏYİN OLUNDU 

Hazırda oxunan: Nuridə Allahyarova yeni vəzifəyə TƏYİN OLUNDU 

153557

"Yeni Klinika"ya mətbuat katibi təyin olunub. 

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"ya (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova təyin edilib. 

O, Bizim.Media-ya açıqlamasında xəbəri təsdiq edib:

“Elə bu dəqiqə yeni iş yerimin kandarına ayaq basdım. İnşallah, bu gündən “Yeni Klinika”nın rəsmi sözçüsüyəm. Allah hər kəsin işini avand eləsin, o cümlədən də bizim”.

N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib.

Daha öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb.
Nuridə Allahyarova “Space” televiziya kanalında yayımlanan "Prezident vaxtı" verilişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verilişinin aparıcısı olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO