“Əziz dostlar, tarixi, mənəvi və milli adət-ənənəmizdə xüsusi yer tutan Novruz bayramı Vətənimiz, xalqımız üçün xeyirli, ruzili, bərəkətli olsun”.
Bizim.Media xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Milli Məclisin sədr müavini, deputat Adil Əliyev yazıb.
“Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram. Qələbələr hər zaman dövlətimizə, xalqımıza nəsib olsun. Bayramınız mübarək!”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:48 / 20.03.2021
“Novruz bayramını qalib xalq olaraq qeyd edirik” – Adil Əliyev
Hazırda oxunan: “Novruz bayramını qalib xalq olaraq qeyd edirik” – Adil Əliyev
Hazırda oxunan: “Novruz bayramını qalib xalq olaraq qeyd edirik” – Adil Əliyev
15353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.