ADA ilə “Naxçıvan” Universiteti arasında müqavilə İMZALANDI - FOTOLAR

ADA ilə “Naxçıvan” Universiteti arasında müqavilə İMZALANDI - FOTOLAR

Hazırda oxunan: ADA ilə “Naxçıvan” Universiteti arasında müqavilə İMZALANDI - FOTOLAR

153342

ADA Universiteti ilə “Naxçıvan”  Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu məqsədlə “Naxçıvan” Universitetinin nümayəndə heyəti Bakı şəhərinə səfər çərçivəsində ADA Universitetində olub. 

İmzalanma mərasimində ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Beynəlxalq Əlaqələr və Strateji İnkişaf üzrə prorektor Rza Məmmədov və digərləri iştirak ediblər.

ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə əməkdaşlığa dair bağlanan müqavilənin hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını vurğulayıb.


O, qeyd edib ki, birgə əməkdaşlıq elmi layihələrin həyata keçirilməsinə də təkan verəcək:

“ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addımdır və daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərəcək. Həmçinin regionlardakı universitetlərin inkişafına da öz töhfəsini verəcək. Hədəfimiz xarici ölkələrdə də əlaqələri genişləndirmək və inkişaf etdirməkdir”.

“Naxçıvan” Universitetinin rektoru Anar Kazımov  isə universitetlər arasında elm və təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib.

O, əlaqələrin daha da intensivləşməsi sahəsində müqavilənin əhəmiyyətini vurğulayaraq, yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu ifadə edib. ADA ilə əməkdaşlığa dair müqavilənin imzalanmasını təqdirəlayiq addım kimi dəyərləndirən Anar Kazımov inkişaf etməkdə olan “Naxçıvan” universiteti ilə bağlanan müqavilənin həm də regionlardakı ali təhsil ocaqlarının inkişafına səbəb olacağını bildirib. 


Daha sonra ADA Universitetinin İcraçı prorektoru qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti, təhsil prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, imzalanan əməkdaşlıq müqaviləsində müəllim və tələbələrin akademik mübadiləsi, tədqiqat layihələrində, peşəkar inkişaf proqramlarında, təlimlərdə birgə iştirak, eləcə də aktual istiqamətlərə dair birgə elmi tədqiqatların aparılması kimi məsələlər öz əksini tapıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO