Qarabağ erməniləri İrəvandan gələn deputatları daşlayıblar

Qarabağ erməniləri İrəvandan gələn deputatları daşlayıblar

Hazırda oxunan: Qarabağ erməniləri İrəvandan gələn deputatları daşlayıblar

153298
Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi” fraksiyasından Xankəndinə səfərə gələn bir qrup deputat yerli sakinlərin "qonaqpərvərliyi” ilə üzləşib.

Sfera.az xəbər verir ki, "Qraparak” qəzetinin məlumatına görə, ölən erməni əsgərlərinin valideynlərinin bir qrupu daş parçaları ilə silahlanaraq, deputatların qaldığı mehmanxanaya daxil olub və millət vəkillərinə hücum çəkiblər. Onlar deputatların Qarabağa gəlməyə haqları çatmadıqlarını bəyan ediblər.

Daha sonra əsgər yaxınları deputatların hərbçilərin basdırıldığı qəbiristanlığı ziyarət etmələrinin qarşısını alıblar. Hərçənd, sonradan "qonaqlar” gücləndirilmiş mühafizə və yerli hakimiyyət orqanları nümayəndələrinin müşayətilə nəzərdə tutulmuş ziyarəti gerçəkləşdiriblər.

(Oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO