Qubada ƏMƏLİYYAT – 46 nəfər SAXLANILDI 

Qubada ƏMƏLİYYAT – 46 nəfər SAXLANILDI 

Hazırda oxunan: Qubada ƏMƏLİYYAT – 46 nəfər SAXLANILDI 

153289

Qubada son 3 ayda narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 3 ay ərzində rayon ərazisində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.  

Qanunsuz dövriyyədən ümumilikdə 11  kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.
Bundan başqa rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO