Ötən axşam qəfil dünyasını dəyişən TƏBİB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru, 53 yaşlı Kamran Paşayevin ölüm səbəbinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, mərhum 10 gün əvvəl infarkt keçirib, amma səhətinin, sağlamlığının qeydinə qalmayıb və işə gəlməkdə davam edib.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-in Qusar rayon rəsmisi VƏFAT EDİB
Dünyasını dəyişən gün, işbaşında olan Kamran Paşayev axşam saatlarında özünü pis hiss edib. Quba rayon mərkəzi xəstəxanasının təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və həmkarlarının səyinə baxmayaraq orada keçinib.
TƏBİB-in Quba rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov həmkarının ölümü ilə bağlı bunları deyib:
"Əlimdə keçindi. Çox heyf. Peşəkar və savadlı bir həmkarımızı itirdik"- deyə təəssüf hissi ilə bildirib. Mərhum Kamran Paşayev bu gün saat 15-də Quba şəhər məzarlğında torpağa tapşırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu