Bakı-Quba yolunda ağır qəzada ölən ata və oğlunun kimliyi BİLİNDİ – YENİLƏNİB - FOTO 

Bakı-Quba yolunda ağır qəzada ölən ata və oğlunun kimliyi BİLİNDİ – YENİLƏNİB - FOTO 

Hazırda oxunan: Bakı-Quba yolunda ağır qəzada ölən ata və oğlunun kimliyi BİLİNDİ – YENİLƏNİB - FOTO 

153141

Siyəzən qəzasında ölən ata-oğulun şəxsiyyəti məlum olub. 

Bizim.Media xəbər verir ki, bunlar Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri - 37 yaşlı Samit Bədəl oğlu Əmirov və 4 yaşlı oğlu Elnur Samit oğlu Əmirlidir. 

*** 09:16

Bu gün səhər Bakı-Quba yolunun 105-ci km-də Siyəzən rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Jiquli -2107” markalı avtomobillə “Toyota” markalı avtomaşın toqquşub. 

Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlərin ata-oğul olduğu deyilir. Təxminən 36 yaşlı kişinin və 7 yaşlı oğlunun meyiti Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Yaralılardan biri də uşaqdır. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO