Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirildi

Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirildi

Hazırda oxunan: Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirildi

15313

Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Ekoloji məsələlər üzrə alt İşçi Qrupun ilk iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə meşələrin qırılması ilə bağlı nazirlikdən açıqlama - "Fındıq bağı salınır"


İşçi Qrupun rəhbəri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ölkədə ekoloji mühitin qorunması, uzun illər ərzində yaranmış ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadənin təmin olunması və ekoloji təmiz texnologiyaların tətbiqi kimi mühüm vəzifələrin qarşıya qoyulduğu vurğulanıb.

İşçi Qrupun üzvlərinin təklifləri dinlənilib və qrupun fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO