"Veçni Rəşad" yenə həbs OLUNDU - FOTO 

Hazırda oxunan: "Veçni Rəşad" yenə həbs OLUNDU - FOTO 

153090

Tanınmış tiktoker Rəşad İsmayılov (“Veçni Rəşad” təxəllüslü) həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. 

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub. 

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər. 

Qeyd edək ki, “Rəşad Veçni” bu ilin mart ayında da saxlanılmışdı. Həmin vaxt ona 10 sutkalıq həbs cəzası təyin edilmişdi. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO