Bakı şəhəri, Nərimanov rayonunda pişikləri qəddarcasına öldürən manyak peyda olub.
Bizim.Media xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsi, 49 ünvanında baş verib.
Sakinlər dəfələrlə bu hadisənin şahidi olduqlarını bildirirlər:
“Birinin boğazına yod tökür, birinin gözünə məftil salır”.
Təqsirləndirilən şəxsin anası sözügedən iddiaları təkzib edib:
“Oğlum İbrahim günahkar deyil”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, faktla bağlı araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Daha ətraflı videomaterialda:
Bizim.Media