Körpələrin sağlamlığına, valideynlərin isə büdcəsinə ZİYANDIR – Uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ 

Körpələrin sağlamlığına, valideynlərin isə büdcəsinə ZİYANDIR – Uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ 

Hazırda oxunan: Körpələrin sağlamlığına, valideynlərin isə büdcəsinə ZİYANDIR – Uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ 

152957

Uşaq qidalarının keyfiyyəti azalsa da, qiyməti hər il dayanmadan artır. Mövcud problemdən şikayətlənən valideynlər qazanclarının çox hissəsini uşaq qidalarına xərclədiklərini bildirir. Səbəb isə qablaşdırmanın həcminin kiçilməsi, həkimin məsləhət gördüyü qidanın isə bəzən çox baha olmasıdır.

Valideynlərsə belə fikirləşirlər ki, qiyməti yüksək olan həmin qidaları tam təhlükəsiz və övladı üçün daha faydalıdır. Son illər uşaq xəstəliklərinin artması, boy və inkişafın zəif getməsi uşaq qidalarının ciddi təhlükəsini bir daha sübut edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, uşaq qidalarının tərkibi demək olar ki, əsas xammal olaraq eynidir:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Sadəcə olaraq qiymətlərin bu qədər baha olmasına birinci səbəb məhsulların xaricdən idxalıdır. Uşaq qidalarının hazırlanmasında əsas maddə olaraq süd, vitamin və minerallar, kimyəvi qatqılar olmaqla hər birinin əsas xam maddəsi eynidir.

Lakin bəzən olur ki, bunlarda uzun rəf ömrü olması, xarab olmamasına görə və allergin uşaqlar üçün fərqli kimyəvi qatqı maddələrindən istifadə edilir. Təbii ki, ən önəmli fərqlərindən biri də dünya bazarına çıxarılan məhsulların marka fərqləridir. Xüsusilə də yerli istehsal olunan uşaq qidaları çox olmadığına görə idxal edilən məhsullarda qiymətlər olduqca baha olur”.

Ekspertin sözlərinə görə uşaq qidasının tanınmış markaya aid olması, hansı xarici ölkədən gəlməsi və məhsulun idxal xərcləri də onun qiymətinə təsir edir:

“Bahalığın səbəbi birinci növbədə onun tanınmış marka olmasıdır. Digəri isə gömrük xərcləri, idxal xərcləri, eyni zamanda satış yerlərinə görə olan xərclər də onun qiymətinə əlavə olunur. Təbii ki Avropadan gələn məhsullar xərcinə görə daha baha olur, daha yaxın ölkələrdən idxal olunan məhsullar isə onlardan ucuz olar”.

Qida mütəxəssisi sözügedən qidaların keyfiyyətsiz olmasına səbəb kimi onların tərkibinə bir çox kimyəvi qatqı maddələrinin əlavə edilməsini qeyd edib:

“Bu halda da vitamin və mineral dəyəri həddindən artıq aşağı olmasına görə həmin qidalar uşaq üçün heç bir fayda vermir. Çünki saydığımız məhsullar canlı qida hesab olunmur. Belə olduqda inkişaf etməkdə olan uşaqlar üçün faydalı olmur, sadəcə doyumluluq olsun deyə qəbul olunur. Ancaq insan orqanizminə, xüsusilə də, yeni doğulmuş körpələrdən 8 yaşına qədər uşaqlarda ən azından gün ərzində 70-dən çox vitamin və mineral, makro və mikro elementlərin qəbulu lazımdır”. 

Məhsəti Hüseynova tövsiyə edir ki, övladının sağlamlığını düşünən valideyn mütləq şəkildə ev şəraitində təbii hazırlanan qidalara üstünlük verməlidir. 

“Belə olan halda həm qida faydalı olur, həm də daha ucuz başa gəlir. Ümumiyyətlə, istər yeni doğulan uşaqlarda əlavə smes və ya uşaq qidası olaraq verilən qidalar, istərsə də 3-4 ayından sonra verilən meyvə-püreləri, sıyıqların hər birini insanlar özü daha təbii şəkildə hazırlaya bilərlər. Əlavə qida verilirsə, bu da yerli, təzə məhsullardan keyfiyyətli hazırlanaraq verilməlidir. 
Meyvə-tərəvəz püresi verilirsə, bu da mövsümü meyvə və tərəvəzlərdən həmçinin yerli məhsullardan olmalıdır ki, uşaqlar üçün faydalı olsun. Sadəcə olaraq hal-hazırda reklamlar, eyni zamanda da həmin qidaların daşınma üçün daha rahat olması anaların diqqətini cəlb edir”. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO