“Təəssüf ki, karantin yumşalandna sonra yoluxmalar artıb. Ən çox yoluxma Bakı şəhərindədir”
Bizim.Media xəbər verir ki, bunu Operativ qərargahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Britaniya ştammı haqqında danışan Yaqut Qarayeva bütün viruslarda mutasiyanın olduğunu bidirib.
TƏBİB rəsmisi əlavə edib ki, Azərbaycanda analizlərin aparılması imkanı var. ÜST-ün profilaktik tədbirləri gücləndirmək barədə tövsiyələrindən danışan Yaqut Qarayeva vaksinasiyanın sürətli aparılmasının önəmini qeyd edib.
O, eyni zaman da qeyd edib ki, “ÜST - ün bizə verdiyi məlumatda bildirilir ki, indi tətbiq olunan peyvəndlərin hamısı yeni ştammlara təsir etmək imkanına malikdir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 19.03.2021
“Peyvəndlərin hamısı yeni ştammlara təsir etmək imkanına malikdir” – TƏBİB rəsmisi
Hazırda oxunan: “Peyvəndlərin hamısı yeni ştammlara təsir etmək imkanına malikdir” – TƏBİB rəsmisi
Hazırda oxunan: “Peyvəndlərin hamısı yeni ştammlara təsir etmək imkanına malikdir” – TƏBİB rəsmisi
15294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.