Güclü yağış şimal-qərb bölgəsində fəsadlar TÖRƏTDİ  

Güclü yağış şimal-qərb bölgəsində fəsadlar TÖRƏTDİ  

Hazırda oxunan: Güclü yağış şimal-qərb bölgəsində fəsadlar TÖRƏTDİ  

152883

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Ötən gün axşama doğru bölgədə güclü yağış fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, güclü leysan yağışları axşama tərəf daha çox Oğuz və Şəki rayonlarının bir sıra kəndlərinə yağıb. 

Bu zaman Oğuzun Padar və Kərimli, Şəkinin isə Cəyirli və Şəki kəndlərində fəsadlar əmələ gəlib.

Şəki Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, leysan yağışları Yevlax-Balakən dəmir yol xəttinin Cəyirli və Şəki kəndlərindən keçən hissəsində daha çox olduğundan suötürücülər çatdıra bilmədiyindən sel-sular ətrafa yayılıb.
Həmçinin ərazidən axan Əlicançayın da səviyyəsi artdığından kəndlərin daxilindən keçən suvarma kanalları daşaraq kəndlərin küçələrini sel-sular dağıdıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO