Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

152862

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər bina sakini təxliyə edilib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd elektrik sayğacı, 8 p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 mm olan qaz xəttindən sızan məişət qazı yanıb.  
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO