“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin avqust ayından etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Qlobal Sazişə qoşulmaqla ADY hazırda nəqliyyat sahəsində dünyanın 500-ə yaxın nüfuzlu şirkətinin yer aldığı təşəbbüsdə Azərbaycanı təmsil edən ilk şirkət olub.
ADY-dən Bizim.Media-ya bildirilib ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, rahat və təhlükəsiz hərəkət təminatını hədəfləyən Dəmir Yolları öz fəaliyyətini qlobal dayanıqlılıq məqsədlərinə uyğunlaşdıraraq Azərbaycanın regionun əsas nəqliyyat habına çevrilməsi istiqamətində ciddi səy göstərir.
Bu təşəbbüsə qoşulmaqla ADY ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır.
BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş öz üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçilərin hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğunlaşdırmaq və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 29.08.2023
“Azərbaycan Dəmir Yolları” BMT-nin Qlobal Sazişinə üzv oldu
Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları” BMT-nin Qlobal Sazişinə üzv oldu
Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları” BMT-nin Qlobal Sazişinə üzv oldu
152840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.