İstanbulda Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramı baş tutdu - FOTO 

İstanbulda Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramı baş tutdu - FOTO 

Hazırda oxunan: İstanbulda Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramı baş tutdu - FOTO 

152798

"Edu Time" Təhsil və İnkişaf Mərkəzi və "İslahatçı Gənclər" İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramı baş tutub.  

22-27 avqust tarixlərində keçirilən proqramda azərbaycanlı müəllimlər İstanbul Aydın, Qalata və İstanbul Yeni Yüzyıl Universitetlərini eyni zamanda Bil Okullarını ziyarət ediblər.  

Ali təhsil ocaqlarının rəhbər şəxsləri Azərbaycandan gələn heyətə təhsil ocaqlarındakı şərait və müasir texnologiyalar barədə ətraflı məlumat veriblər.  

Azərbaycandan gələn heyət təlimlərdə iştirak edərək, təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıblar.  

Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat veriblər.  

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib. 

Qeyd edək ki, Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramında Bakı, Sumqayıt və Naxçıvan Muxtar Respublikasından məktəb rəhbərləri və müəllimlər iştirak edib.

Azərbaycan - Türkiyə Təhsil İşçilərinin növbəti Peşə - Təcrübə Proqramı 16-20 noyabr tarixlərində İstanbul şəhərində baş tutacaq. Proqramda iştirak etmək istəyənlər üçün əlaqə nömrəsi: 055-970-41-47 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO