Paytaxtda sürət həddi AZALDILIR – Yollardakı xaosa SON QOYULACAQ?

Paytaxtda sürət həddi AZALDILIR – Yollardakı xaosa SON QOYULACAQ?

Hazırda oxunan: Paytaxtda sürət həddi AZALDILIR – Yollardakı xaosa SON QOYULACAQ?

152777

Xəbər verdiyimiz kimi Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə daha bir küçədə sürət həddi endirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata görə avqustun 29-dan etibarən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. 

Nəzərə alaq ki, son 1 ildə paytaxtın əksər yollarında sürət həddi aşağı salınıb. Bunun hərəkətin təhlükəsizliyi üçün edildiyi deyilsə də reallıq bunu təsdiqləmir. Baş verən yol-nəqliyyat hadisələrinin, xüsusən də ölüm hallarının sayında yenə də dinamika var. Əksinə, yollarda sürət həddinin aşağı salınması təhlükəsiz hərəkətdən daha çox tıxacların artmasına səbəb olur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Bakı Dövlət Univertsitetinin “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirib ki, statistikaya istinad etsək gün ərzində təqribən 10-15 insan yol nəqliyat hadisəsinin qurbanı olur:
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir küçədə sürət həddi ENDİRİLDİ 


“İldə təqribən ölkə üzrə yol qəzalarında 1000-1500 insan tələfatı olur. Bu baxımdan sürət həddinin aşağı salınması zəruri olsa da, kafi deyildir. Bu istiqamətdə əlavə  tədbirlərə də ehtiyac var.

Yaxşı olardı ki, ilk növbədə paytaxtı nəqliyyat yükünü azaltmaq üçün şəhər ətrafı marşurutları təkmilləşdirilsin, rayonlara gedən maşınlar şəhərə girmədən birbaşa rayonlara hərəkət imkanı qazansın. 

Eyni zamanda, digər ölkələrdə olduğu kimi şəhər küçələrində yol boyu parklanma aradan qaldırılsın, yol genişlənsin. Bununla yanaşı, əhalisi sıx küçələrdə, məhəllə yollarında sürət həddini tənzimləmək üçün nəqliyyatın sürətini tənzimləmək üçün 3D baryerlər yaradılsın. Sürət həddinə əməl etməyən, şəhərin içində belə “aftoş”luq edən sürücülərə qarşı ictimai qınaq və cəza tədbirləri sərtləşdirilsin”.

Üzeyir Şəfiyev onu da əlavə edib ki, kənddən şəhərə axının qarşısını almaq üçün aktiv və proaktiv sosial layihələr gecikmədən həyata keçirilməlidir:

“Bu gün paytaxtda avtomobillərin xeyli hissəsi, taksi sürücülərininsə əsas hissəsi qazanc üçün Bakıya gələnlərdir. Belə sürücülərinsə şəhərdəki yol hərəkəti qaydalarını öyrənməsi və ümumiyyətlə şəhərə adaptasiyası xeyli vaxt aparır. Bu müddətdə isə qəzalar qaçılmaz olur.

Ona görə də Ölkə başçısının regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində şəhərdən kəndə axın təşviq olunmalı, rayon və kəndlərin şəhərlə fərqi azaldılmalıdır ki, kəndə demoqrafik vəziyyət bərpa olunsun, kəndlərin boşalmasının qarşısı alınsın.
Şəhərdə nəqliyatın sıxlığının qarşısını almaq üçün ictimai nəqliyyat marşutlarının ünvanlılığı tam əlçatan olmalıdır ki, insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə maraqlı olsunlar. Yəni Xırdalana, Sumqayıta, Qobustana və s. yerlərə gedmək üçün 2,3 marşurut dəyişmədən gedə bilsinlər”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO