Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media-ya danışan Fulya Öztürk məlumatı təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Fulya Öztürk Həcc ZİYARƏTİNDƏ - FOTO
“”Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, yeni çəkimlə bağlı ayda bir dəfə Azərbaycana gəlib qayıdacağam”.
Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:
“”Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, - deyə jurnalist əlavə edib.
Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub. Teleaparıcı Lalə Azərtaş bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla və Türkiyəli jurnalist Fulya Öztürklə görüşdüyünü, önəmli layihə üzərində çalışdıqlarını açıqlamışdı.
Alçina Amilqızı, Bizim.Media