Qəbələdə narkotik dövriyyəsi və silah saxlamağa görə 2 nəfər SAXLANILDI - FOTO 

Qəbələdə narkotik dövriyyəsi və silah saxlamağa görə 2 nəfər SAXLANILDI - FOTO 

Hazırda oxunan: Qəbələdə narkotik dövriyyəsi və silah saxlamağa görə 2 nəfər SAXLANILDI - FOTO 

152733

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.  

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş rayon sakini Azər Şəfiyev şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindəki sellofan torbadan 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər keçirilib.

Keçirilən tədbirlər zamanı Vüqar Vəliyevdən müvafiq icazəsi olmadan saxladığı 2 ov tüfəngi və 47 ədəd patron aşkarlanıb. 

Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO