Bir qrup din xadimi Quba Soyqırımı Memorial Kompleksində - FOTO  

Bir qrup din xadimi Quba Soyqırımı Memorial Kompleksində - FOTO  

Hazırda oxunan: Bir qrup din xadimi Quba Soyqırımı Memorial Kompleksində - FOTO  

152699

Azərbaycanda fəaliyyət göstərən Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin, Gürcü yəhudiləri icmasının, Avropa yəhudiləri icmasının, Dağ yəhudiləri icmasının, Bakı şəhəri Molokan Ruhani icmasının, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmasının, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının nümayəndələri, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci günün adventistləri”, Gəncə şəhəri “Yeddinci günün adventistləri” dini icmasının və digər xristian dini icmasının Bakı dini icmasının, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının, Həyatverici Lütf dini icmasının, “Həyat Sözü” dini icmasının, “Həyat Sözü – 2” Sumqayıt xristian dini icmasının, “Yeni Həyat” Xristian İncil dini icmasının, Bakı şəhəri “Alov” xristian dini icmasının, Sumqayıt şəhəri icmasının və digər icma təmsilçiləri, rəhbərləri və üzvləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər. 

Bu barədə Bizim.Media-ya Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalıb Turabov məlumat verib. Din xadimlərinə 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumat verilib. Sonda soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilib, ruhlarına dualar oxunub. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO