Ucarda ata və oğulun avtomobillərinin toqquşduğu qəzanın TƏFƏRRÜATI  

Ucarda ata və oğulun avtomobillərinin toqquşduğu qəzanın TƏFƏRRÜATI  

Hazırda oxunan: Ucarda ata və oğulun avtomobillərinin toqquşduğu qəzanın TƏFƏRRÜATI  

152676

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb. 

BDYPİ-dən Bizim.Media-ya bildirilib ki, 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Ucar-Zərdab yolunun Qazyan kəndindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Əhədov Tahir Musa oğlu idarə etdiyi "VAZ-2107" markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq geriyə dönmə üçün nəzərdə tutulmayan yerdən yaşadığı Qazyan kəndinə dönmək istəyərkən, "VAZ-2107" markalı, 61-BA-157 dövlət qeydiyyat nişanlı maşınla onunla eyni istiqamətdə hərəkət edən oğlu - 1984-cü il təvəllüdlü Abdul Əhədovla toqquşub: 
 

MÖVZU İLƏ BAĞLI:

Ucar qəzasında ata ölüb, oğul ağır xəsarət alıb - YENİLƏNİB - FOTO


"Valideynin idarə etdiyi avtomobillə yolu nəzərdə tutulmayan yerdən dönməyə cəhd edərək yaratdığı çaşqınlıq, övladın isə nəqliyyatı idarəetmə zamanı diqqətsizliyi və qarşıda gedən avtomobillə yetərincə ara məsafəsi saxlamadığı üçün təhlükədən yayına bilməməsi nəticəsində, ailə başçısı Tahir Əhədov qəzada xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib. 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol-nəqliyyat hadisəsinin xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməyə, hərəkət zamanı diqqətli olmağa, qəfil baş verə biləcək təhlükələrdən yayınmaq üçün hərəkət zamanı qarşıda gedən nəqliyyat vasitələri ilə kifayət qədər ara məsafəsi saxlamağa çağırır". 
"Unutmayaq ki, yol hərəkəti qaydalarını pozmaq, bəzən bərpası mümkün olmayan itkilərə yol açır!", - açıqlamada qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO