İşdən azad edilən Bakı metrosunun ilk xanım maşinistindən AÇIQLAMA – “Məhkəməyə verəcəyəm” 

İşdən azad edilən Bakı metrosunun ilk xanım maşinistindən AÇIQLAMA – “Məhkəməyə verəcəyəm” 

Hazırda oxunan: İşdən azad edilən Bakı metrosunun ilk xanım maşinistindən AÇIQLAMA – “Məhkəməyə verəcəyəm” 

152670

Xəbər verildiyi kimi “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. İddialara görə xanım maşinistin işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq etsə də, Günay Həbiblinin işdən azad olma səbəbini açıqlamayıb. O, bildirib ki, xanım maşinistə metroda başqa iş təklif edilib, amma o, həmin təklifi qəbul etməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunun ilk xanım maşinisti telefonla danışdığına görə İŞDƏN ÇIXARILDI 


“Bakı Metropoliteni” QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı Bizim.Media-ya açıqlama verib.

O,  iyunun 17-də öz ərizəsi ilə işdən çıxdığını bildirib: 

“Öz ərizəmlə işdən çıxmışam. Məlumatlar yayılıb ki, guya işdən çıxmağıma səbəb qatar idarə edərkən mobil telefondan istifadə etmişəm. Bu doğru deyil. Yalan xəbər yayanları məhkəməyə verəcəm. Qaldı ki, işdən çıxmağıma səbəb, bu barədə hələki danışmaq istəmirəm”.   

Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO