Yeni tədris ilinə sayılı günlərin qalması kirayə mənzil bazarını canlandırıb. Bir çox bölgələrdən Bakıya tələbələrin gəlişi kirayə evlərin qiymətinin artımı ilə yanaşı bəzi fırıldaqçılıq hallarına da yol açıb. Xüsusən də birinci kursa qəbul olan tələbələrin valideynləri şəhərə gəlmədən internet vasitəsilə ev axtarırlar.
Bizim.Media xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzuya münasibət bildirib.
Onun sözlərinə görə, kirayə ev axtaran tələbələr özləri mənzili görməli və seçim etməlidirlər, əks halda fırıldaqçıların qurbanına çevirilə bilərlər.
Ekspert qeyd edib ki, hər il onlarla tələbə özləri də bilmədən bu saxtakarların toruna düşür.
O, əlavə edib ki, xüsusilə də 1-ci kurs tələbələrini hədəf alan bu dələduzlara rast gəlməmək üçün əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.
Elnur Fərzəliyev tövsiyə edib ki, tələbələr və digər şəxslər sahibindən kirayə qalacaqları mənzillərin sığortalanmasını tələb etsinlər. Bu halda orada hansısa bir sığorta hadisəsi baş verərsə, dəymiş zərəri mənzildə qalanlar deyil, sığorta şirkətləri qarşılayırlar.
Daha ətraflı videomaterialda:
Bizim.Media