Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Şamaxı-Yevlax yolunu su basdı, yüzlərlə avtomobil yolda qaldı - FOTO/VİDEO
Əlavə məlumat veriləcək.
Bizim.Media