Oğuzda baş verən qəza ilə bağlı cinayət işi başlandı

Oğuzda baş verən qəza ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Oğuzda baş verən qəza ilə bağlı cinayət işi başlandı

152362

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda ağır QƏZA: 1 ölü, 3 yaralı var


Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO