Şuşa həbsxanasında saxlanılan 140-dan çox şəxsin taleyi məlum deyil - Açıqlama 

Şuşa həbsxanasında saxlanılan 140-dan çox şəxsin taleyi məlum deyil - Açıqlama 

Hazırda oxunan: Şuşa həbsxanasında saxlanılan 140-dan çox şəxsin taleyi məlum deyil - Açıqlama 

152351

1992-ci ilin yanvarında keçirilmiş Daşaltı əməliyyatında 44 hərbi qulluqçumuz itkin düşüb. Hələ ki, onlardan yeddisinin şəxsiyyəti müəyyən olunub. Qalanlarının tapılması istiqamətində işlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Əsir və itkin düşmüş, girov düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib. 

“Ümumilikdə, Şuşa həbsxanası istiqamətində iki mərhələdə axtarışlar aparılıb və 31 nəfər aşkarlanıb. Onların hamısının hərbçi və ya aralarında mülki şəxslərin olması aidiyyəti ekspertizadan sonra müəyyənləşəcək. Şuşa həbsxanasında ümumilikdə 360 nəfər əsir və girov saxlanılıb. Onlardan 140-dan çox şəxsin sonrakı taleyi məlum deyil”, - deyə Z.İsmayılov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO