Oğuzda ağır QƏZA: 1 ölü, 3 yaralı var 

Oğuzda ağır QƏZA: 1 ölü, 3 yaralı var 

Hazırda oxunan: Oğuzda ağır QƏZA: 1 ölü, 3 yaralı var 

152341

Oğuzda ağır yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol- nəqliyyat hadisəsi Oğuz-Sincan-Xaçmaz avtomobil yolunun Sincan kəndi ərazisində qeydə alınıb.  

Belə ki, “VAZ 2107” və “Opel” markalı iki minik avtomobil toqquşub. Nəticədə rayonun Dəymədağlı kənd sakini, 62 yaşlı Tofiq Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Daha üç nəfər, 23 yaşlı İntiqam Nəbiyev, onun atası 49 yaşlı İnqilab Nəbiyev və 65 yaşlı Şaiq Mikayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Qəza yerinə Oğuz rayon Təcili Tibbi Yardım xidməti cəlb olunub. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta- ağır qiymətləndirilir.  
Qəzanın təfərrüatları araşdırılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO