Bakıda 25 yaşlı qadının ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ açıldı

Bakıda 25 yaşlı qadının ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ açıldı

Hazırda oxunan: Bakıda 25 yaşlı qadının ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ açıldı

152182

Avqustun 24-ü Abşeron rayonu ərazisində 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.

Araşdırma zamanı 1993-cü təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.   

Fakta görə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO